Yunanıstanda seçkiləri qazanaraq iqtidara gələn iqtidar ilk qərarları açıqlanıb.
Axar.az xəbər verir ki, bütün rektorlar vəzifəsindən uzaqlaşdırılıb, universitetə qəbul asanlaşdırılaraq ilk imtahanla məhdudlaşdırılıb, ali məktəbdən xaric edilənlərin bərpası imkanı yaradılıb. Litseylərdə 1 və 2-ci siniflərdə ümumi imtahanlar ləğv olunub.
Yunan parlamentinin qabağındakı dəmir barmaqlıq götürülüb, özəlləşdirmə isə dayandırılıb.
Qərara görə, tədris dərslikləri və kitablar yenidən yazılacaq.
Qeyd edək ki, son seçkilərdə 41 il sonra solçu qüvvələrin birliyi olan Siriza partiyası qalib gəlib. Partiya lideri Aleksis Tsiprasa “Yunanıstanın Çe Gevarası” deyirlər.