29 Yanvar 2015 23:11
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın Ədliyyə Nazirliyinin əməkdaşlarını "qara siyahı"ya salıb. Axar.az xəbər verir ki, Rusiya Maldiv adalarından rusiyalı Roman Seleznyovun oğurlanmasında ABŞ-ın Ədliyyə Nazirliyini ittiham edib və nazirliyin əməkdaşlarını "qara siyahı"ya daxil edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş danışıb: "Ötən ilin iyulunda bizim həmyerlimiz Roman Valeri Seleznyov Maldiv adalarından oğurlanıb. ABŞ-ın Ədliyyə Nazirliyinin əməkdaşları - Çarlz Set Uilkinson, İtan Rey Arenson, Ketrin Uorma, Norman Barbosa "qara siyahı"ya salınıb". Diplomatın sözlərinə görə, göstərilən şəxslər insan hüquqları ilə bağlı kobud pozuntulara yol veriblər. Rusiyaya onların səfəri qadağan edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ Maliyyə Nazirliyi 4 rusiyalıya qarşı sanksiya tətbiq etmişdi. Bunlar Çeçenistan Respublikasının Daxili İşlər naziri Apti Alaudinov, prezident administrasiyasının rəhbəri Məhəmməd Daudov, Rusiya Baş prokurorunun müavini Andrey Strijov və Rusiya Federasiyasının İstintaq komitəsinin müstəntiqi Viktor Qrindir.

Valeri Seleznyov Roman, Dövlət Dumasının deputatının oğlu 5 iyulda Maldiv adalarının paytaxtında, aeroportda amerika agentləri tərəfindən həbs edilmişdi. Seleznyov bank rekvizitlərinin oğurluğunda ittiham edilir.


Müəllif:

Oxşar xəbərlər