Əfqanıstanda silahlı şəxsin hücumu nəticəsində üç ABŞ vətəndaşı öldürülüb, daha biri yaralanıb.
Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Röyters agentliyi məlumat yayıb.
Məlumata görə, Əfqanıstan yerli hərbçi geyimində olan terrorçu ABŞ hərbçilərini Kabil aeroportu ərazisində güllələyib.
“Hücumun səbəbləri hələlik məlum deyil”, deyə ABŞ-ın Əfqanıstandakı hərbi komandanlığını nümayəndəsi bildirib.
Baş vermiş insidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.