Separatçıar cəbhə xəttində Ukrayna hərbçilərinə qarşı "Smerç", "Tornado" və "Buratino" tipli müasir atəş sistemlərindən istifadə edirlər.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov çıxış edib.
O, bildirib ki, Rusiya hazırda hərbi arsenalında olan ən müasir artilleriya və texnikanı Ukraynaya qarşı yönəldib: “Bütün bunlar Ukrayna hərbi qulluqçularına qarşı istifadə olunur”.
Turçinovun sözlərinə görə, Ukrayna ordusu da düşmənin hücumlarını, atəşini dəf etmək, neytrallaşdırmaq üçün kifayət qədər müasir vasitələrə malikdir:
“Qarşı tərəf atəşə başlayan kimi, dərhal bütün atəş nöqtələri vurulur. Bundan ötrü müasir texnikamız və texnologiyamız var”.
Nail Cəlil