Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Almaniya İqtisadiyyat Nazirliyi yayıb.
Bu məlumatlara görə, Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.
Qeyd olunur ki, Almaniyanın 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedir. 2023-cü ildə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.