21 Aprel 21:33
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ gələn həftə ATACMS taktiki raketləri də daxil olmaqla müxtəlif növ silahların Ukraynaya təhvil verilməsinə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə dedilər ki, ABŞ prezidenti Cozef Bayden qanun layihəsini imzaladıqdan sonra Konqres öz işini görsə, bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - deyə o bildirib.

Senator əlavə edib ki, yardım paketinə ATACMS daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq.

“İnanıram ki, administrasiya son aylarda ATACMS hazırlamağa və çatdırmağa hazırdır. Bu qanun layihəsində öz əksini tapıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər