Danimarka bütün F-16 qırıcılarını Ukraynaya vermək qərarına gəlib, döyüş təyyarələri yayda Kiyevdə olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Danimarkanın Ukraynadakı səfiri Ole Eqberq Mikkelsen deyib.
“Narahat olmayın, Ukrayna üçün mütləq təyyarələr olacaq. Bu, F-35-lərin yeni nəslini əldə etdiyimiz üçün hazırda ləğv edilən bütün F-16 donanmamızdır.
Narahat olacaq bir şey yoxdur. F-16-lar söz verildiyi kimi təhvil veriləcək”, - diplomat vurğulayıb.