22 Aprel 12:27
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezident Anjey Duda ölkəsinin ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Polşanın dövlət başçısı, həmçinin ölkədə ABŞ-ın nüvə silahlarının yerləşdirilməsi məsələsinin Vaşinqton və Varşava arasında danışıqlar mövzusu olduğunu təsdiqləyib.

“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bizim ərazimizdə nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”, - deyə Anjey Duda bildirib.

Prezident Polşanın Şimali Atlantika Alyansında müttəfiqliklə bağlı öhdəliklərinin olduğunu və ümumi siyasət həyata keçirdiklərini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər