ABŞ-ın Boston şəhərinin rəhbərliyi dövlət katibi Con Kerrini 50 dollar məbləğində cərimələyib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, buna səbəb Kerrinin evinin qarşısındakı qarı təmizləməməsi olub.
Yayılan məlumatlara görə, son günlər ABŞ-da hökm sürən qar fırtınası səbəbindən yerli hakimiyyət orqanları şəhərdəki vəziyyətlə bacarmayacaqlarını açıqlayıb. Bostonun meri Uolş sakinlərə evlərinin önündəki qarı təmizləməyi tapşırıb. O, tapşırıq yerinə yetirilmədiyi halda sakinləri cərimələrlə hədələyib.
Kerri verdiyi açıqlamada qar fırtınası başladığı gündən Bostonda olmadığını və yalnız dünən bura qayıtdığını bildirib. Ancaq o, cəriməni ödəyəcəyini söz verib.
Qeyd edək ki, hazırda Kerrinin Bostondakı beşmərtəbəli malikanəsinin qiyməti 15 milyon dollar dəyərləndirilir.
Samir