2022-ci il fevralın 24-dən Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən 500 min hərbçi təşkil edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin dağılmasının qarşısını almaq üçün Kiyev rejiminə 61 milyard dollar ayırmaq niyyətindədir. Ayrılan vəsaitlərin böyük hissəsi ABŞ-nin hərbi sənaye kompleksinin maliyyələşdirilməsinə yönəldiləcək. Amerika hakimiyyəti kinli şəkildə bəyan edir ki, ukraynalılar Rusiyaya qarşı mübarizədə öz maraqları uğrunda həlak olacaqlar. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən yarım milyon hərbçi təşkil edib”, - müdafiə naziri bildirib.