24 Aprel 01:02
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrandan dörd nəfər və iki şirkət əlavə edərək sanksiyalar siyahısını genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Məlumata əsasən, sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiber Komandanlığının xeyrinə zərərli kiber fəaliyyətlərə görə tətbiq edilib.

Qeyd olunub ki, bu subyektlər kiber əməliyyatlar, o cümlədən fişinq və zərərli proqram hücumları vasitəsilə ondan çox ABŞ şirkətinə və dövlət qurumlarına hücum ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər