24 Aprel 16:03
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden 1915-ci il olaylarından danışarkən “erməni soyqırımı” ifadəsini işlədib.

Teleqraf.com xəbər verir ki, o, hakimiyyətinin sonuncu ilində üçüncü dəfədir saxta erməni iddialarına haqq qazandırır.

“Bu gün böyük soyqırımı - erməni soyqırımı (qondarma – red.) zamanı itirilmiş insanların xatirəsini yad etmək və heç vaxt unutmayacağımız vədimizi bir daha təsdiqləyirəm”, - Bayden vurğulayıb.

ABŞ prezidenti skandal çıxışında təkcə bu uydurmanı tanımaqla kifayətlənməyib, bir az da irəli gedərək Osmanlı İmperiyasını “vəhşilik”də ittiham edib, İstanbulu “Konstantinopol” adlandırıb.

Bayden bu saxta iddianı heç vaxt unutmayacağını, bunun onun “təntənəli and”ı olaraq qaldığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər