Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Aydın Ünal istefa verib.
Bu barədə Trend cümə günü “Milliyet” qəzetinə istinadən xəbər verir.
Ünalın istefası 2015-ci ilin iyununda keçiriləcək Türkiyə parlamentinə seçkilərlə bağlıdır.
Bundan əvvəl məlumat verilmişdi ki, ölkə kəşfiyyatının rəhbəri Hakan Fidanın da parlament seçkilərində iştirakı ilə bağlı istefa verəcəyi gözlənilir.