Gürcüstan 2030-cu ildə Avropa Birliyinə (AB) üzv olacaq.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişvili deyib.
“Mən sizə söz verirəm ki, bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq və 2030-cu ildə Avropa Birliyinə üzv olacağıq. Biz bənzərsiz tarixə, adət-ənənələrə və özünəməxsusluğu olan nadir xalqıq. Məhz bu unikal milli ənənələr və identikliklə biz vahid Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız bu halda Avropa Birliyi Gürcüstan üçün real dəyərə malik ola bilər”, - İvanişvili vurğulayıb.
Onun sözlərinə görə, azad, müstəqil və suveren, bütöv, AB üzvü Gürcüstan onların arzusudur və buna mütləq birlikdə nail olacaqlar.