Ukrayna üzrə təmas qrupunun yanvarın 30-da təxirə salınmış görüşü bu gün baş tutmalıdır.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında ölkəni danışıqlarda təmsil edən Leonid Kuçma bildirib.
“Sabah səhər yola düşməyə hazırlaşırıq. Hələ ki tərəflərin mövqelərinə dair hazırlıq işləri və məsləhətləşmələr keçirilir. Əminəm, yanvarın 31-də konsensus əldə olunacaq. Biz iki, üç, on, hətta otuz dəfə görüşməyə hazırıq. Əsas odur ki, məqsədə nail olunsun”, deyə Ukraynanın sabiq prezidenti deyib.