Türkiyənin İstanbul şəhərində güclü külək səbəbindən Atatürk və Sabiha Gökçen hava limanlarından uçmağa hazırlaşan 103 reys təxirə salınıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmilər şəhərdə küləyin sürətinin saatda 100 kilometrə çatdığını bildiriblər.
Sinoptiklər isə belə hava şəraitinin fevralın 3-dək davam edəcəyini açıqlayıblar.
Samir