Çad hərbi qüvvələri “Boko Haram” terror təşkilatına qarşı əməliyyatlara başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı 123 döyüşçü öldürülüb. Rəsmilər Fokol rayonunda keçirilən əməliyyatlarda hərbçilərdən 3-nün həyatını itirdiyini, 2-nin isə yaralandığını bildiriblər.
Qeyd edək ki, 2014-cü ilin aprel ayında bölgədə fəallaşan terrorçular 276 azyaşlı qızı qaçırdıb. Noyabr ayında təşkilatın liderlərindən olan Əbubəkr Şekayın etdiyi videomüraciətdə 219 qızın islamı qəbul etdiklərini və ərə verildiyini deyib.
Samir