Ukrayna tərəfi “Lifenews” telekanılının 2 rusiyalı jurnalisti Xramsova Yelizaveta və Natalya Kalışevanı ölkədən deportasiya edib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, jurnalistlər Kiyevdə Ukrayna təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Rəsmilər jurnalistlərin vəziyyətinin normal olduğunu və deportasiya sənədləri ilə tanış edildiyini bildiriblər.
Rusiya Federasiyasına deportasiya edilən Xramtsova və Kalışevaya 5 il müddətində Ukrayna ərazisinə giriş qadağan olunub. Depoartasiya sənədinə görə, rus jurnalistlərin bu ölkədə olması Ukraynanın ərazi bütövlüyünə və dövlət təhlükəsizliyinə ziddir.
Samir