2014-cü il NATO üçün "qara il" olub.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bunu NATO-nun illik hesabatının təqdimatı zamanı qurumun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, Alyansın cənub sərhədlərində - Şimali Afrikada, Yaxın Şərqdə ekstremistlərin zorakılığı artıb, NATO ölkələrində terrorizm güclənib. Şərq sərhədlərində isə Rusiya Krımı işğal edib, Donbasda sabitlik pozulub və qonşular təhdid edilir.
Ötən il ərzində Rusiya döyüş təyyarələri 400 dəfə Alyansın üzərində səmada görünüb. Bu göstərici 2013-cü illə müqayisədə 4 dəfə çoxdur. Hava sərhədlərinin pozulması hallarının 4/3-ü Pribaltika ölkələrinin payına düşür.
Nihad