Türkiyə baş nazirinin müşaviri Bülent Arınç, AKP-nin Manisadakı konfransında danışarkən duyğusal anlar yaşayıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Arınç keçmişdə yaşadığı çətinlikləri xatırlayıb və göz yaşlarını saxlaya bilməyib: "Çətin günlər keçirmişəm. Keçmişdə partiyamız yüzdə 3, yüzdə 7, yüzdə 11 səs alırdı. Yolumuzdan dönmədik. Allah bizə ən böyük zəfərləri AKP-də yaşamağı nəsib etdi. İlk mitinqimizi - 2002-ci ilin aprelini xatırlayıram. 3 min adamla mitinq edirdik. Görəsən, 3 min adam olacaqdıq, yoxsa minlərlə adam bizi qarşılayacaqdı? Bu dəfə Hamalınkırından buraya gəldim. 10 kilometrlik yol qət etdim. Yollarımız kəsildi, insan seli vardı, avtomobillər hərəkət edə bilmirdi. Gözyaşları içində Rəbbimizə həmd etdim". Bu sözlərdən sonra Arınç bir daha göz yaşlarını saxlaya bilməyib.
Nihad