Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla Minskdə Ukrayna üzrə kontakt qrupunun apardığı danışıqları müzakirə edib.
Teleqraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
"Minskdə kontakt qrupunun növbəti iclasının keçirilməsi ilə əlaqədar təzliklə atəşin dayandırılması və ağır texnikanın döyüş bölgəsindən çıxarılmasının iclasda əsas müzakirə mövzusu olacağına dair ümid ifadə edilib", - xəbərdə deyilir.
Nihad