İran Konstitusiyanın Müdafiəsi Şurasının katibi Ayətullah Əhməd Cənnəti Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizin vəfatından danışıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, İranın nüfuzlu şəxslərindən sayılan Cənnəti Kral Abdullahın ölüməsi ilə əlaqədar İsrail və ABŞ-a başsağlığı, möminlərə isə gözaydınlığı verib.
Paytaxt Tehranda qılınan Cümə namazından sonra danışan Cənnəti Səudiyyə Ərəbistanının ölən kralını Haruna bənzədərək, onun əməllərinə görə o dünyada hesab verdiyini və hazırda etdiklərinin cəzasını çəkməkdə olduğunu bildirib.
"Müsəlmanlar Kral Abdullahın ölümünü qutlamalıdır" deyən Cənnəti əlavə edib ki, "israillilər, amerikalılar və onun süfrəsindən bəslənənlərı başsağlığı dilənməlidir".
Nihad