31 Yanvar 2015 23:59
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı İŞİD-in əsir saxladığı ikinci yapon girov Kendzi Qotonun öldürüldüyünə dair səs yazısı yayılıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə yapon hökuməti jurnalist Kendzi Qotonun ölümünə dair videonu araşdırdıqlarını bildirib.

Xəbərə görə, jurnalistin edam görüntüləri İŞİD-in internet saytında yayılıb. Görüntülərdə İŞİD-in əvvəl yaydığı edam videolarına bənzər şəkildə narıncı paltarlı Qoto diz çökmüş halda görünür. Onun boğazına bıçaq dayandığı göstərilir.

İngiliscə danışan üzü maskalı İŞİD üzvünün Yaponiya baş naziri Şinzo Abeye xitab edərək, "qazanılması mümkün olmayan bu döyüşdə iştirak qərarın üzündən bu bıçaq yalnız Kendzini deyil, harada olurlarsa-olsunlar, bütün xalqını qətl edəcək. Yaponiyanın kabusu başlasın" dediyi eşidilir.

Videonun yayılmasından az sonra ABŞ rəhbərliyi İŞİD-in bu əməlini qətiyyətlə pisləyib. Ağ Ev təşkilatı bütün girovları sərbəst buraxmağa çağırıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər