14 May 2014 15:42
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Luqansk respublikasının xalq qubernatoru Valeri Bolotov Ukrayna sərhədini keçərək Rusiyaya gedib.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri Serqey Astaxovun köməkçisi məlumat verib.

“O, qaçmayıb, sadəcə olaraq rəsmi şəkildə Ukrayna vətəndaşı kimi “Doljanski” sərhəd keçid məntəqəsini keçib”. Astaxov bildirib ki, onun ölkəni tərk etməsinə heç kim mane olmayıb.

Qeyd edək ki, dünən Bolovin sui-qəsd nəticəsində güllə yarası aldığı və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılmışdı.


Müəllif: