1 İyun 01:42
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Ukrayna böhranı ilə əlaqəsi olduğu iddia edilən Çin şirkətlərinə heç bir fərq qoymadan birtərəfli sanksiyalar tətbiq etməyi dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyu Vaşinqtonda dövlət katibinin birinci müavini Kurt Kempbell ilə görüşündə deyib.

“Biz Birləşmiş Ştatlardan tələb edirik ki, Pekini ləkələməyi və ona təzyiq göstərməyi, Çin şirkətlərinə özbaşına birtərəfli sanksiyalar tətbiq etməyi dayandırsın və Ukrayna böhranının həllində konstruktiv rol oynasın”, - deyə o qeyd edib.

O əlavə edib ki, Çin ABŞ-ın yalanlar yaymasına və Ukrayna böhranında Çini günahlandırmasına qətiyyətlə qarşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər