1 İyun 18:49
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.

“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər