2 İyun 02:11
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çili Cənubi Afrikanın İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi iddiaya qoşulmaq niyyətindədir.

Teleqraf.com TASS -a istinadən xəbər verir ki, bunu Çili prezidenti Qabriel Boric deyib.

“Biz İsrail ordusunun günahsız mülki şəxslərə, xüsusən də fələstinli qadın və uşaqlara qarşı ayrıseçkilik və tamamilə qeyri-mütənasib hərəkətlərinə qəzəbimizi ifadə etməyi dayandıra bilmərik. Bu hərəkətlər beynəlxalq ictimaiyyətdən qətiyyətli reaksiya tələb edir”, - Boriç bildirib.

Qeyd olunur ki, Çili lideri Xarici İşlər Nazirliyinə bütün lazımi sənədləri hazırlamağı tapşırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər