3 İyun 12:16
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari şəhərinin bələdiyyə sədri Mehmet Sıddık Akış aparılan istintaq çərçivəsində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırıldığını da açıqlayıb.

Akışın yerinə Hakkari valisi Ali Çelik təyin edilib.

Bələdiyyə sədrinin PKK/KCK terror təşkilatında yüksək vəzifə tutduğu, təşkilatın yerli komissiyalarında yer aldığı bildirilir. İstintaq çərçivəsində Akışın digər terrorçu-separatçı fəaliyyətlərinin də ifşa edildiyi vurğulanır. Barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb.

Mehmet Sıddık Akış martın 31-də keçirilən bələdiyyə seçkilərində “Xalqların Demokratik və Bərabərlik Partiyası”ndan (DEM/HDP) seçilmişdi. Türkiyə mediasına görə bu “partiya” PKK-nın siyasi qanadıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər