3 İyun 12:42
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ terror təşkilatının lideri Fəthullah Gülən sağdır, amma ölümü an məsələsidir.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Nedim Şənər deyib.

Jurnalist bir neçə gündür barəsində xəbər olmayan baş terrorçunun salamat olduğunu, amma ölüm xəbərinin 1-2 gün ərzində açıqlanacağını iddia edib.

Şənər ABŞ-nin ölüm xəbərini açıqlamaqdan başqa çarəsinin qalmayacağını vurğulayıb:

“Bunu mütləq elan edəcəklər, çünki bu qeyri-müəyyənliyi uzun müddət saxlaya və bir meyiti ABŞ ərazisində gizlədə bilməzlər. Yaşadığı yerdən başqa məkana aparılmasının bir sıra səbəbləri var. Orada qalsaydı, hamı üçün açıq, əlçatan və görünən olardı. Çox gizli bir heyət tərəfindən sakit bir yerə aparıldı ki, “bundan sonra təşkilatın lideri budur, hamı ona beyət edəcək” deyə bilsinlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər