14 May 2014 15:50
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər edəcək.

Həmsədrlər Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) mayın 16-da İrəvana baş çəkəcək. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu barədə öz Twitter səhifəsində qeyd edib.

Xatırladaq ki, amerikalı həmsədr Ceyms Uolrik Karnegi Fondunda çıxışı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəsin imzalanmasının 20 illiyini qeyd etmək üçün regiona səfər edəcəklərini bildirmişdi.


Müəllif: