3 İyun 16:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ni ölümcül nəticələrə səbəb ola biləcək səhvlərə yol verməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna üçün Rusiya ərazisinə qarşı ABŞ silahlarının istifadəsinə qoyulan qadağanın ləğvi qərarını şərh edərkən deyib.

“Naməlum səbəblərdən alacaqları reaksiyanın ciddiliyini lazımınca qiymətləndirmirlər”, - rusiyalı diplomat bildirib.

Ryabkov Amerika rəsmilərini vaxt ayırıb Prezident Vladimir Putinin dediklərini öyrənməyə çağırıb: “Bu, olduqca önəmli xəbərdarlıqdır və son dərəcə ciddi yanaşmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər