Fətullah Gülən ölməyib, amma ağır vəziyyətdədir, xəstədir və xüsusi diqqətə ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülənin öldüyü barədə yayılan xəbərləri şərh edən qardaşı oğlu Əbusələmə Gülən deyib.
"Onu qaçıranların məqsədi idarəçilik hüququnu özlərində saxlamaqdır. Bu davanın sahibləri olduğu görüntüsü yaratmaq üçün onu götürüb gediblər. Öz qardaşına, mənim atama da göstərmirlər", - deyə bildirib.