Fransa hesab edir ki, Eyfel qüllesinin qabağında qoyulan “Ukraynadakı fransız əsgərləri” yazılı tabutların arxasında Rusiya dayanır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Le Monde” qəzetinin məlumatına qeyd edilib.
Bildirilib ki, iyunun 1-i səhər saatlarında üç nəfər mikroavtobusla Parisin mərkəzində üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut yerləşdirib.
Fransa polisinin 38 yaşlı avtobus sürücüsünü saxladıqdan sonra məlum olub ki, iki nəfər ona tabutları daşımaq üçün 40 avro (digər mənbələrə görə - 120 avro) ödəyib və o, hadisədən bir gün əvvəl Bolqarıstandan Parisə gəlib.
Hadisəni törətməkdə şübhəli bilinən digər iki nəfər Parisin cənub-şərqindəki Bersi avtovağzalında Berlinə yola düşərkən saxlanılıblar. Fransa mətbuatının yazdığına görə, onlar polisə mikroavtobusda sərnişin olduqlarını və Eyfel qülləsinin ətəyində tabutları boşaltmaq üçün hər birinə 400 avro ödənildiyini bildiriblər.
Saxlanılan şəxlərin Bolqarıstan, Almaniya və Ukrayna vətəndaşı olduğu deyilir.
Onlar bazar günü məhkəmə qarşısına çıxmalı idilər.
AFP prokurorluğa istinadla bildirir ki, hadisəni törədənlər 45 min avro cərimə və ya üç il həbs oluna bilələr.
Məhkəmənin hökmü barədə rəsmi məlumat verilməyib.
Fransa mediasının məlumatına görə, aksiyanın xaricdən təşkil edilib-edilmədiyini öyrənmək üçün araşdırma aparılır.
“Le Monde” qəzeti onu da qeyd edir ki, saxlanılarların ifadələri və onlardan birinin telefon nömrəsi göstərir ki, tabutlarla aksiyanı 34 yaşlı Bolqarıstan vətəndaşı Georgiy F koordinasiya edib. O, digər oxşar iki cinayətdə də iştirakda şübhəli bilinərək axtarışa verilib.
Fransa polisinin fikrincə, bu hadisələrdə Rusiya agentlərinin ictimai rəyi manipulyasiya etmək kimi marağı ola bilər.
Keçən ay Fransa prezidenti Emmanuel Makron fransız qoşunlarının Ukraynaya göndərilməsini istisna etməməsi ilə bağlı çıxışlar etmişdi.
Buna görə də, Fransız müstəntiqlər tabut kampaniyasının Makronun əleyhinə Rusiya kəşfiyyatı tərəfindən təşkil oluna biləcəyinə inanırlar.