ABŞ Gürcüstana qarşı viza sanksiyaları tətbiq edəcək.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerə görə, Gürcüstana “Xarici təsirin şəffaflığı haqqında” qəbul etdiyi qanuna görə sanksiyalar qoyulacaq: “Biz onlara aydın şəkildə bildirdik ki, tərəddüd etmədən sanksiya tətbiq edəcəyik”.
Miller aydınlaşdırıb ki, Vaşinqton gələcək məhdudiyyətləri hələ tam açıqlamayıb.
Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.