4 İyun 00:29
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma ordusuna məxsus hərbi təyyarənin toy mərasiminin keçirildiyi yeri bombalaması nəticəsində 3-ü uşaq olmaqla 27 mülki şəxs ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Saqaynq bölgəsinin Matau kəndində yerli vaxtla səhər saat 8:20-də baş verib.

Hərbi təyyarə mərasim yerinə təxminən 3 bomba atıb. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.

Qeyd edək ki, Saqaynq 2021-ci ildə çevriliş nəticəsində hakimiyyəti ələ alan hərbi xuntaya qarşı çıxan Kani Xalq Müdafiə Qüvvələrinin aktiv olduğu bölgələrdəndir. Əvvəllər də tərəflər dəfələrlə bir-birinə qarşı qanlı hücumlar təşkil ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər