4 İyun 00:42
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda mədəndə qaz sızması nəticəsində 11 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin "TRT Haber" kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə Pakistanın Ketta əyalətində baş verib. Qaz sızması nəticəsində 11 nəfər zəhərlənərək həyatını itirib.

Dövlət rəsmilərinin verdiyi məlumata görə, bütün cəsədlər mədəndən çıxarılıb və onların hava yolu ilə daşınması üçün hazırlıqlar görülüb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, mart ayında Bəlucistan əyalətində başqa bir şaxtada baş verən partlayışda 12 nəfər həyatını itirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər