Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə Almaniya silahları ilə zərbə endirməsinə icazə verilməsi eskalasiyaya səbəb olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
“ABŞ prezidentinin söylədiyi kimi, söhbət yalnız böyük şəhərlərin, məsələn, Xarkovun müdafiəsinin mümkünlüyündən gedir”, - Almaniya lideri bildirib.
Onun sözlərinə görə, Kiyevə alman silahlarından istifadə hüququnun verilməsi qərarı Berlinin dostları və müttəfiqləri ilə diqqətlə düşünülüb.
Şolz əmin edib ki, heç vaxt onu səhv və vaxtında olmayan qərarlar verməyə inandırmaq üçün təzyiqlərə imkan verməyəcək.