4 İyun 11:20
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə daimi sülh və təhlükəsizlik üçün terrorla mübarizə vacibdir. Türkiyə də bu məqsədlə FETÖ, PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarını məhv etmək üçün hərbi, iqtisadi, diplomatik və digər vasitələrdən istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

PKK/PYD/PYG-nin bölgədə sabitliyi ən çox pozan terror təşkilatları olduğunu, İraq və Suriyadan Türkiyəyə hücumlarını davam etdirdiyini söyləyən nazir bu təşkilatların separatçı gündəmlərinə (ərazi iddiaları) də diqqət çəkib.

Hakan Fidan Suriyanın terror təşkilatlarının evinə çevrilməməsi üçün maksimum səy göstərdiklərini vurğulayıb: “Münaqişənin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında siyasi proseslə həllini dəstəkləyirik. Həmçinin suriyalıların öz ölkələrinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasını təşviq etmək üçün çalışırıq”.

Türkiyənin baş diplomatı ölkəsinin Orta Asiya ölkələri ilə əlaqələrindən danışaraq, bunun Ankaranın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib. Fidan, bu ölkələrin hər biri ilə bir çox sahələrdə genişləndirilmiş əməkdaşlıq gündəmini davam etdirdiklərini açıqlayıb.

Hakan Fidan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığa da toxunub: “Təşkilat vasitəsilə regional əlaqəni gücləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək və cəmiyyətlərimizdə siyasi, iqtisadi və sosial standartları yüksəltmək üçün çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər