4 İyun 13:01
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanı demokratiya yolundan uzaqlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton qanunun vətəndaş cəmiyyətini hədəfə ala biləcəyindən və ifadə azadlığını məhdudlaşdıra biləcəyindən narahatdır.

Miller qeyd edib ki, qanun layihəsi ABŞ-nin Gürcüstanla münasibətlərini əsaslı şəkildə dəyişir: “Buna görə də biz münasibətlərimizi nəzərdən keçiririk və Vaşinqtonun Gürcüstan hökumətinin hərəkətlərinə reaksiyasını müzakirə edirik”.

ABŞ dövlət katibi Entoni Blinken bundan əvvəl bəyan etmişdi ki, Ağ Ev sözügedən qanunla əlaqədar ABŞ-Gürcüstan əməkdaşlığını nəzərdən keçirməyə başlayıb.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi bu gün qüvvəyə minib. Bunu dünən Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər