Fransalə hərbçilər artıq Ukraynadadır, Prezident Emmanuel Makronun bu həftə gözlənilən rəsmi açıqlamasından sonra sayları artırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Hərbi Dəniz Qüvvələrinin təqaüdçü polkovniki Per de Yonq deyib.
Polkovnik Fransa hərbçilərinin ukraynalılara irimiqyaslı təlim keçəcəklərini iddia edir.
Onun sözlərinə görə, hazırda fransalı hərbçilər Ukrayna ordusunun döyüşçülərinə müəyyən texnikalardan istifadəni öyrədirlər.
“Fransa Prezidenti Emmanuel Makronun mümkün açıqlamasından sonra yeni təlimlər daha genişmiqyaslı olacaq, təkcə texnologiyaya yox, həm də hərbi təlimlərə diqqət yetiriləcək”, - Per de Yonq vurğulayıb.