4 İyun 21:36
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada Teleqram kanalı qadağan edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə danimarkalı nazir Trine Bramsen çağırış edib. O, Yaxın Şərq mənşəli qadınlara qarşı "təqib" məzmunlu paylaşımlara görə, Teleqramın ölkəsində qadağan edilməsini istəyib.

Trine Bramsen "Berlingske" qəzetinə verdiyi açıqlamada platformanın cinayət üçün istifadə edildiyini və gənclərin həyatına mənfi təsir etdiyini deyib: "Təəssüf ki, biz Teleqramda, xüsusilə, gənc etnik qadınları alçaldan və ailələrinin onlardan üz döndərməsinə səbəb ola biləcək dəhşətli nümunələr görürük".

Qeyd edək ki, 2013-cü ildən Votsapa alternativ olaraq istifadə olunan Teleqram tətbiqinin təsisçiləri rusiyalı iş adamları Nikolay və Pavel Durov qardaşlarıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər