FTB rəhbəri ABŞ-də “Krokus”dakı kimi terror aktının mümkün təhlükəsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə FTB-nin direktoru Kristofer Rey Senatın Təsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
Rey çıxışında FTB-ə rəhbərlik etdiyi müddətdə çoxlu terror hücumlarının qarşısını ala bildiklərini qeyd edib.
O, əlavə edib ki, HƏMAS-ın İsrailə hücumundan əvvəl də ABŞ-də hücum riskləri artmışdı: "O vaxtdan bəri bir sıra xarici terror təşkilatları amerikalılara və müttəfiqlərimizə qarşı hücumlara çağırıblar. Bu çağırışları nəzərə alaraq ən böyük narahatlığımız ayrı şəxslər və ya kiçik qruplaşmalarım Yaxın Şərqdəki hadisələrdən "həvəslənib" burada da hücuma keçə biləcəkləri idi. İndi isə bundan əlavə ən böyük narahatlığımız martda Rusiyadakı konsert zalındakı kimi hadisənin koordinasiyalı şəkildə ABŞ-də də baş verə biləcəyidir".
Eyni zamanda, Rey bu terror aktını “İslam Dövləti” terror qruplaşması tərəfindən təşkil olunduğunu iddia edib.