5 İyun 08:15
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər və Müdafiə Nazirliyi Rusiya ilə təmaslara maraq göstərməyi dayandırıb, bu, Qərbin təzyiqinin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr proqramının hazırlanması və yekunlaşdırılması təklifimiz tərəfdaşları maraqlandırmır. Müdafiə qurumları arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da azalıb. Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan Qərb dövlətlərinin təzyiqinin nəticəsi kimi görürük”, - nazir müavini bildirib.

Eyni zamanda, Qaluzin qeyd edib ki, Moskva ilə İrəvan arasında ikitərəfli təmaslar dayanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər