Tezliklə F-16 döyüş qırıcıları Ukraynanın səmasında görünə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.
“Ukrayna hərbçiləri son iki ayda durmadan Rusiyanın hava hücumundan müdafiə sistemlərini dərindən incələyiblər. Artıq düşmən casusluq imkanlarından məhrum edilib. Hər şey hazırdır, artıq ukraynalılara F-16-lar verilə bilər”, - ekspert vurğulayıb.
Musienko qeyd edib ki, Ukrayna ordusu son iki ayda Rusiyanın hava hücumundan müdafiəsini fəal şəkildə məhv edir və qarşısını alır: “Bura Krım və Rusiya ərazisində yerləşən radarlar (RLS), PUA-lar, hava hücumundan müdafiə sistemləri və sair daxildir”.
Hərbi ekspert F-16-ların nə vaxt döyüşə girəcəkləri ilə bağlı da proqnoz verib: “Ümid edirəm və inanıram ki, yaxın həftələrdə ilk F-16 təyyarəsi Ukrayna səmasında görünəcək və artıq döyüş tapşırıqlarını yerinə yetirməyə başlayacaq”.