2024-cü il Rusiyanın Ukrayna münaqişəsində qələbəsi ilə başa çatacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı general-mayor Aptı Alaudinov deyib.
“Sözümdən qətiyyən dönmürəm: inanıram ki, bu il Rusiyanın qələbəsi ilə başa çatacaq. İndi onların (Ukrayna ordusu) topladığı qüvvələr və vasitələri əzəcəyik. Onları üyüdə bilərik, kifayət qədər ciddi resursumuz var”, - general vurğulayıb.
Alaudinov qeyd edib ki, son iki ildə Rusiya müdafiə sənayesi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
“Fakt budur ki, belə davam edərsə, əllərində olan hər şey boşa gedəcək. Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl əllərində olan nəticələrə qayıda bilərlər. Hazır sənədləri, Minsk razılaşmalarını imzalayın, bu məsələ bağlansın”, - general bildirib.