İsrailin Baş naziri Benyamin Netanyahunun xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı iddialara cavab verilib.
Teleqraf.com İsrail mətbauatına istinadla xəbər verir ki, Neyanyahunun sağlamlığı ilə bağlı bəyənat yayılıb.
Bəyanatda yayılan məlumatlar təkzib edilib: "Baş nazir sağlamdır. O, mədəaltı vəzi xərçəngindən əziyyət çəkmir".
Bildirilir ki, Netanyahu onun barəsində yalan məlumatlar yaydıqlarına görə, etiraz hərəkatının fəalı Qonen Ben-Yitzhak və jurnalistlər Ben Kaspit və Uri Misgava qarşı məhkəmə iddiası qaldırıb: "Son günlər müttəhimlər baş nazirin səhhəti ilə bağlı yanlış təəssürat yaratmaq məqsədilə ona qarşı qəsdən yalan məlumatlar yayırlar. Bu həyasız və kobud hərəkətdir”.
Jurnalist Uri Misqav isə ona qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı bunları deyib: “Şimalda və cənubda müharibə getdiyi, girovların əsirlikdə qaldığı, əsgərlərimizin döyüş meydanında öldüyü bir vaxtda baş nazirin nə ilə məşğul olduğunu görmək çox üzücüdür. Mən mediada yayılan xəbərlərdən deyil, rəsmi sənəddəki bəyanatı oxuyandan sonra bütün iddialara dolğun cavab verəcəyəm."