İnformasiya müharibəsi adı altında İsrail saxta sosial şəbəkələr üzrə fəaliyyətə 2 milyon dollar ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məlumatda bildirilir, İsrail ABŞ siyasətçilərinin və ictimaiyyətinin dəstəyini əldə etmək üçün genişmiqyaslı gizli sosial media kampaniyasına başlayıb.
Media kampaniyası İsrail Diaspor Nazirliyinin himayəsi altında həyata keçirilir. Sosial şəbəkələrdə tez-tez saxta hesablardan istifadə olunuraq İsrailyönümlü mesajlar yayılıb.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Amihai Şiklinin rəhbərlik etdiyi Diaspor Nazirliyi bu kampaniya üçün təxminən 2 milyon dollar ayırıb və STOIC şirkətini ilə əməkdaşlıq edib. Keçən həftə İsrailin STOIC şirkəti Meta platformalarında (Facebook, Instagram, WhatsApp) bloklanıb.
Aşkar edilmiş sənədlərə əsasən, informasiya kampaniyası 2023-cü ilin oktyabrında X sosial şəbəkəsində başlayıb və fəaliyyətinin pik vaxtında müxtəlif sosial şəbəkələrdə saxta amerikalılara aid olan hesablardan istifadə edib. Onlar İsrailyönümlü yazılar və şərhlər yazıblar.
NYT-nin məlumatına görə, əməliyyat çərçivəsində həm də İsraillə bağlı məqalələrin yer aldığı üç saxta ingilisdilli xəbər saytı yaradılıb və çoxsaylı kontent yaratmaq üçün süni intellekt ChatGPT-dən istifadə edilib.
Ekspertlər bildirir ki, bu media kampaniyası İsrail hökumətinin sosial şəbəkələr vasitəsilə ABŞ hakimiyyətinə təsir göstərməyə cəhdinin təsdiqidir. İsrailin Diaspora Nazirliyi "The New York Times"a açıqlamasında, bu kampaniyada iştirakını inkar edib və STOIC şirkəti ilə heç bir əlaqəsinin olmadığını bildirib.
FakeReporter 40.000-dən çox saxta hesab yaradıldığını müəyyən edib, lakin Meta keçən həftə kampaniyanın geniş yayılmadığını və hesabların çoxunun bot ola biləcəyini açıqladı.
Sosial şəbəkələrdə ingilis dilindəki yazılar arasında girovların azad edilməsinə çağırışlar, İsrail hərbçiləri haqqında tərifli şərhlər, ABŞ və Avropadakı universitet şəhərciklərində antisemitizmin tənqidi daxil olmaqla, İsraillə HƏMAS arasında müharibə haqqında yazılar üstünlük təşkil edib.