6 İyun 01:49
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə Super Liqasının 2023-2024 mövsümünü çempion olaraq başa vuran "Qalatasaray" İdman Klubunun idarəçiləri, texniki heyəti və idmançılarını qəbul edib.

Teleqraf.com xəbər verir ki, prezident iqamətgahənda baş tutan görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, vitse-prezident Metin Öztürk, məşqçi Okan Buruk və gənc idmançılar iştirak ediblər.

Dursun Özbek prezident Ərdoğana 53 nömrəli "Qalatasaray" formasını hədiyyə edib.

Ərdoğan və "Qalatasaray" heyəti komandanın bu mövsüm qazandığı kuboklarla foto çəkdiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər