"Putinin növbəti hədəfi mən ola bilərəm"
Teleqraf.com xəbər verir ki, bu sözləri şahmat əfsanəsi Qarri Kasparov İspaniyanın “El Pais” qəzetinə müsahibəsi zamanı deyib.
O, müsahibəsində Moskvanın “terrorçular və radikallar” siyahısına daxil edildiyini deyib:
"Kremlin mənə qarşı sui-qəsd edə biləcəyi ehtimalı var. Məni dövlətin düşməni kimi görürlər. Həmin siyahıda olmağım bunun baş verə biləcəyinə daha bir işarədir. Amma mən bu barədə düşünmək istəmirəm, çünki belə deyil".
Q.Kasparov ölüm barədə düşünmədiyini və bu fikirin onu panikaya salmadığını deyib.
"Nemtsov mənə qayıtmamağım barədə xəbərdarlıq etdi, çünki həyatım təhlükə altında idi. Mən onu dinlədim. Təəssüf ki, o, öz məsləhətinə əməl edə bilməyəcək qədər qürurlu idi və öldürüldü"
Bundan başqa İnsan Haqları Fonduna və Demokratiyanın Yenilənməsi Təşəbbüsünə (RDI) rəhbərlik edən Kasparov Putin hakimiyyətdə olduğu müddətdə müharibə davam edəcəyini deyib.