Qətərin "Əl-Cəzirə" telekanalının İsraildə fəaliyyəti 35 gün müddətinə dayandırılıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail məhkəməsi kanalın fəaliyyətini milli təhlükəsizliyə təhdid jesab edib.
Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahunun kabineti hələ may ayında Qətər mərkəzli "Əl-Cəzirə" televiziya kanalının İsraildəki fəaliyyətini Qəzzada müharibə davam etdiyi müddətdə dayandırmağa qərar verib.
Hökumətin Əl-Cəzirəni bağlamaq qərarından sonra İsrail hakimiyyəti mayın 6-da telekanalın Qüdsdə ofis kimi istifadə etdiyi hotel otağına basqın edib.